Sənan Qurbanov: "Bu, başqa bir həyəcandır"

Sportarena.az      11 İyul 2018, 23:01

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Proqres” (Lüksemburq) qarşılaşması öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

 

Sportarena.az sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

 

“Yenidən bu ab-havanı yaşamaq çox xoşdur. Mənim üçün də, futbolçular üçün də sevindiricidir. Bu, başqa bir həyəcandır. Bizim üçün futbol bayramıdır. Komandada əhval-ruhiyyə yaxşıdır. Məqsədimiz birdir. Sabah keçiriləcək görüş öncəsi son hazırlıqlarımızı görürük. Kapitan Cavid Hüseynovun yoxluğu bizim üçün yaxşı hal deyil. Həm o, həm də digər futbolçularımız komanda üçün önəmlidir. Məşqlərə Cavidsiz başlamışdıq, zədəli olduğu üçün toplanışı buraxdı”.

 

Qurbanov yeni transferlər barədə də fikirlərini açıqlayıb:

 

“Sabien Lilay komandaya digərlərindən daha tez qoşulmuşdu. O biri iki oyunçu birbaşa Sloveniyaya gəldi. Futbolçular özləri də deyir ki, kollektivdəki ab-hava onların çətinlik çəkmədən uyğunlaşmasına, ailəmizin bir üzvünə çevrilməsinə səbəb oldu. Oyun baxımından isə təbii ki, bir az vaxt lazımdır. Yeni oyunçuların gündən-günə daha yaxşı olacağını düşünürəm. “Qəbələ” olaraq hər oyunda qələbə qazanmağa çalışırıq. Avrokuboklarda da bizdən qalib gəlməyi gözləyirlər. Rəqibimizi təhlil etmişik, ciddi komandadır. Ancaq sabah hər oyunda olduğu kimi meydana qələbə üçün, azarkeşlərimizi sevindirmək üçün çıxacağıq”. 

 

Baş məşqçi rəqib barədə fikirlərini də bildirib:

 

“Proqres”i çempionat və ötənilki avrokubok matçlarına əsasən təhlil etmişik. İntizamlı, müdafiədə kompakt oynayıb, hücuma sürətli çıxan komandadır. Onların qazandığı nəticələr də bununla, belə oyunla bağlıdır. Biz də buna uyğun hazırlaşmışıq. “Qəbələ” iddialı klubdur. Çalışacağıq ki, meydandakı oyunumuz da buna uyğun olsun. Həmişə hücum futbolu oynamaq istəmişik. Təbii ki, müdafiəni də unutmamalıyıq. Həm hücum, həm də müdafiədə ən yaxşı səviyyədə çıxış etmək istəyirik. Bunun üzərində çalışırıq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin