"Neftçi"nin rəqibi Bakıya 20 futbolçuyla gəldi

23:28 11 İyul 2018

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi - Macarıstanın “Uypeşt” klubu sifariş ərizəsini UEFA-ya təqdim edib.

 

Sportarena.az xəbər verir ki, sözügedən komandanın iştirak ərizəsində 20 oyunçu yer alıb. Onlardan üçü qapıçı, dördü müdafiəçi, səkkizi yarımmüdafiəçi, beşi isə hücumçudu.

 

“Neftçi” ilə “Uypeşt” arasındakı ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Macarıstanda keçiriləcək.

 

Qapıçılar: 1. Filip Payoviç, 23. David Banai, 35. Bense Gundel-Takaş;

Müdafiəçilər: Robert Litauski, 19. Miyuşko Boyoviç, 22. David Mol, 68. Djenan Burekoviç;

Yarımmüdafiəçilər: 8. Benjamin Çseke, 10. Donat Şöter, 14. Alassane Diallo, 18. Boyan Sankoviç, 21. Benjamin Balaş, 26. Daniel Naqi, 30. Çukvuebuka Onovo, 49. Branko Paulyeviç;

Hücumçular: 6. Obinna Emmanuel Nvobodo, 7. Kristian Simon, 9. Patrik Tişler, 86. Soma Novotnı, 99. Viktor Angelov.


Xəbər xətti