Qurban Qurbanov: "Bakıda bizi daha çətin və ağır oyun gözləyir"

01:02 12 İyul 2018

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk görüşü çərçivəsində qalib gəldikləri "Olimpiya" ilə oyundan sonra (1:0) mətbuat konfrasında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis Sloveniya çempionu üzərində qazanılan qələbəni belə şərh edib:

 

"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi. Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Bu oyuna tam ciddi hazırlaşmalıyıq".


Digər xəbərlər

Xəbər xətti