“Qarabağ” - “Olimpiya” matçının hakimləri açıqlandı

16:00 12 İyul 2018

Çempionlar Liqasının 1-cici təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununa hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, saat 21:00-da başlayacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək:

 

Bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

 

Çempionlar Liqası: 1-ci təsnifat mərhələsi cavab oyunu

18 iyul

21:00 Qarabağ - Olimpiya (ilk oyun 1:0)

Hakimlər: Erez Papir, David Elias Bitton, Eliyahu Casapu, David Fuxman (hamısı İsrail)
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)
Hakim-inspektor: Sokol Jareçi (Albaniya)


Digər xəbərlər

Xəbər xətti