Neymar fikrini dəyişdi - "Real"a keçmək istəmir

16:35 12 İyul 2018

PSJ-nin futbolçusu Neymar haqda növbəti iddia yayılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə  "Mundo Deportivo" məlumat yayıb. İspaniyalı həmkarlarımızın iddiasına görə, Kriştiano Ronaldonun "Real"dan ayrılaraq "Yuventus"a keçməsindən sonra braziliyalı hücumçu Madrid klubuna transfer olmağa tərəddüd etməyə başlayıb. Bildirilib ki, Neymar "Real"da məhz portuqaliyalı futbolçu ilə birgə oynamaq və bir neçə ildən sonra onu əvəzləmək istəyirdi. Ancaq Ronaldo və baş məşqçi Zinəddin Zidanın "kral klubu"ndan ayrılmasından sonra komandanı yenidən qurmaq nəzərdə tutulur. Belə bir vaxtda isə Neymar "Real"a keçməyə ehtiyat edir. Çünki burada onun formalaşmağı üçün daha çox vaxt lazım ola bilər. Məhz bu səbəblərə görə Neymarın hazırda karyerasını PSJ-də davam etdirməyi daha məqsədəuyğun saydığı vurğulanıb.

 

Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də oynayır.


Xəbər xətti