"Qaliblər": Elvin Məmmədovla bir gün - VİDEO

16:18 12 İyul 2018

Rüfət Nadirlinin müəllifi və aparıcısı olduğu "Qaliblər" növbəti buraxılışı yayımlanıb.

 

Sportarena.az xəbər verir ki, "CBC Sport" kanalında yayımlanan verilişin növbəti qonağı "Sumqayıt"ın yeni transferi Elvin Məmmədov olub. Tovuz futbol məktəbinin - "Turan"ınyetirməsi olan yarımmüdafiəçinin bir günü ilə tamaşaçılar tanış olublar.

 

Məmmədov günə dəniz sahilindəki qaçış və fitneslə başlayıb. Ardınca piknik etmək üçün bazarlıq edən futbolçu çay süfrəsi arxasında futbola gəldiyi dövrlərində, karyerasındakı uğurlardan və çətin günlərdən danışıb. Milli komandamızın da üzvü olan Məmmədov ardınca, verilişin kollektivini evinə qonaq edib və ailə üzvləri tanış edib.

 

Piknikdən sonra verilişin ənənəsinə uyğun olaraq futbolçumuz sürpriz sənətçi qonaqla görüşüb. Sürpriz qonaq isə anonslardan qeyd etdiyimiz kimi Türkiyədən məhz "Qaliblər" üçün təşrif buyurmuş, "O səs Türkiyə" yarışmasından tanınan Mərdan Kazımov olub. Uşaq yaşlarında futbolla məşğul olan müğənninin də iştirakı ilə maraqlı anlar yaşanıb.


Digər xəbərlər

Xəbər xətti