İngiltərə millisi DÇ-ə xüsusi təyinatlıların bazasında hazırlaşıb?

Sportarena.az      12 İyul 2018, 16:54

İngiltərə millisi DÇ-2018 üçün maraqlı hazırlıq üsulu seçib.

 

Sportarena.az xəbər verir ki, yığmanın gizlin şəkildə keçdiyi məşqlər barədə mediaya indi məlumat sızıb. İngiltərə yığması təxminən iki gün ərzində xüsusi təyinatlıların bazasında təlim-məşqdə olub. Bazada onlar “sağ qalmaq” kursunda iştirak ediblər. Baza İngiltərənin cənub-qərbində, Devon qraflığında yerləşir.

Futbolçular təlimin ilk günündə meşədə yatıblar və qidanı da özləri əldə ediblər. Ertəsi gün isə onları dərə-təpə ilə qaçmağa, çayın dayaz məcrası ilə üzməyə məcbur ediblər. İngiltərə DÇ-2018-in yarımfinalında Xorvatiyaya məğlub olub - 1:2.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin