Növbələr yarandı, onlayn satış çökdü - Ronaldo formasına görə

17:16 12 İyul 2018

"Yuventus" yeni transferi Kriştiano Ronaldonun hər dəqiqədə bir futbolkasını satır.

 

Sportarena.az xəbər verir ki, tələblərin xeyli çox olması üzündən klubun internet-maqazini işini dayandırıb. "Yuventus" atributlarının rəsmi satış nöqtələrində isə növbələr çoxalıb. Bir futbolkanın qiyməti orta hesabla 100 avrodur. Klub ən azı 1 milyon forma satmaq niyyətindədir.

 

Qeyd edək ki, Kriştiano Ronaldonun "Real"dan "Yuventus"a transferi iyulun 10-da açıqlanıb. Transfer məbləği 100 milyon avro olub. Bu vəsaiti "qoca senyora" 2 il ərzində Madrid klubuna ödəməlidi. Oyunçunun illik əmək haqqı isə 30 milyon avrodur 


Xəbər xətti