Sənan Qurbanov: “Azarkeşlərimizdən bu oyuna görə üzr istəyirəm"

10:32 13 İyul 2018

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Qəbələ” – “Proqres” matçından (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti belə şərh edib:

 

“Azarkeşlərimizdən bu oyuna görə üzr istəyirəm. Bu qarşılaşmada müəyyən səhvlərimiz oldu. Cavab oyununda daha yaxşı olacağını düşünürəm. Bu görüşü ağır siqnal kimi qəbul edirik. Lakin futbolda düzəlməsi mümkün olmayan heç nə yoxdur. Komanda şəklində birləşəcəyik və bunun öhdəsindən gələcəyik. Səfər matçına oyun intizamını qoruyub, daha çox qol vurmaq üçün çıxacağıq. Rəqib yaxşı qapanmışdı. Futbolçulara intizamlı və sürətli oynamağı tapşırmışdıq. Amma meydanda istədiyimiz sürət yox idi. Top itkilərimiz də oldu. Matçın fasiləsində oyunda düzəliş etməyə çalışdıq. Rəqibin xətləri arasındakı sıxlığı yarmağa, cinahlardan sürətli hücumlar qurmağa cəhd etdik. Bu qarşılaşma bizə cavab oyunu üçün çox məlumat verdi”.

 


Digər xəbərlər

Xəbər xətti