DÇ-2018: Finalı kim idarə edəcək?

11:36 13 İyul 2018

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının son oyunlarına hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, iyulun 14-də Belçika və İngiltərə yığmaları arasında keçiriləcək 3-cü yer uğrunda oyun İrandan olan FİFA referisi Alireza Fəqaniyə tapşırılıb.

 

DÇ-2018-in həlledici oyununu - Fransa və Xorvatiya yığmalarının final qarşılaşmasını isə Argentinadan olan Nestor Pitana idarə edəcək.

 

 

DÇ-2018

3-cü yer uğrunda oyun
14 iyul

18:00. Belçika - İngiltərə
Hakimlər: Alireza Fəqani, Reza Soxəndan, Məhəmməd Mansuri (hamısı İran), Malanq Dyedyu (Seneqal).

 

Final
15 iyul

19:00 Fransa - Xorvatiya
Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Byörn Kuypers (Hollandiya).


Xəbər xətti