"Liverpul"dan "Beşiktaş" 20 milyonluq təklif

12:48 13 İyul 2018

İngiltərənin “Liverpul” klubu “Beşiktaş”ın və Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vidanı transfer etməkdə israrlıdır.

 

Sportarena.az xəbər verir ki, “Liverpul” xorvatiyalı futbolçu üçün əvvəlcə 18 milyon avro təklif etsə də, “Beşiktaş” tərəfi bu təklifi rədd etmişdi. “Qırmızılar” son olaraq 20 milyon avroluq təklif irəli sürüblər. “Beşiktaş”ın Vidaya görə istədiyi məbləğ isə 40 milyon avrodur.

 

Vidanın üzvü olduğu Xorvatiya millisi Rusiyada keçirilən dünya çempionatının final matçına vəsiqə qazanıb.


Digər xəbərlər

Xəbər xətti