PSJ Neymarın maaşını qaldırır - "Real"a görə

14:28 13 İyul 2018

Fransanın PSJ klubu braziliyalı ulduzu Neymarla müqavilə müddətini uzatmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, Paris təmsilçisi futbolçunu komandada saxlamaq üçün illik məvacibini 50 milyon avroya qədər qaldırmağa hazırdır. Bu barədə İspaniyanın “As” nəşri məlumat verib. Neymar hazırda PSJ-də illik 37 milyon avro qazanır.

 

Fransa klubunun bu addımına səbəb “Real”ın Neymarı transfer etmək istəməsi göstərilir.


Digər xəbərlər

Xəbər xətti