Namiq Ələsgərovun zədəsi ciddidi?

15:54 13 İyul 2018

Dünən “Neftçi”ninAvropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə oyununun ilk hissəsində zədələnərək əvəzlənən futbolçusu Namik Ələskərovun vəziyyətinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən tibbi baxışdan sonra məlum olub ki, yarımmüdafiəçinin sol dizində ön çarpaz bağ gərilib və hissəvi qopma olub. Sabah futbolçunun dizi növbəti dəfə müayinə olunacaq. Yalnız bundan sonra Namik Ələskərovun müalicəsinin nə qədər müddət çəkəcəyi müəyyənləşəcək. Bu haqda əlavə məlumat veriləcək.

“Neftçi” Bakıda keçirilən ilk oyunda “Uypeşt”i 3:1 hesabı ilə məğlub edib.


Digər xəbərlər

Xəbər xətti