"Real"dan Neymar açıqlaması

10:14 14 İyul 2018

İspaniyanın “Real” klubu bəyanat yayıb.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi Braziliya yığmasının və Fransanın PSJ klubunun futbolçusu Neymarı transfer edəcəklərinə dair xəbərləri təkzib edib:

 

“PSJ-nin futbolçusu Neymar və klubumuzla bağlı şayiə dolu xəbərlərin çoxluğunu nəzərə alaraq, “Real” məsələyə aydınlıq gətirərək bəyan edir ki, sözügedən oyunçunun transferi ilə heç bir təklif irəli sürməyi planlaşdırmır. “Real”la PSJ arasında yaxşı münasibətlər var. Bu üzdən də oyunçunu transfer etmək istəsək, ilk növbədə onun klubuna müraciət edərik”.

 

Xatırladaq ki, son günlərdə “Real”ın 26 yaşlı braziliyalının transferi üçün əlindən gələni etdiyinə dair xəbərlər dolaşırdı. Hətta Madrid klubunun prezidenti Florentino Peresin Neymarın atası (eyni zamanda meneceri) ilə görüşdüyü də iddia edilirdi.


Digər xəbərlər

Xəbər xətti