Ronaldo "Yuventus"un düşərgəsinə nə vaxt qoşulacaq?

12:18 14 İyul 2018

“Yuventus”un yeni transferi Kriştiano Ronaldonun Turinə gedəcəyi vaxt bəlli olub.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı hücumçu iyulun 16-da Turinə yollanacaq.

 

Qeyd edək ki, 112 milyon avroya “Real”dan transfer edilən 33 yaşlı futbolçunun təqdimat mərasimi iyulun 21-də keçiriləcək.


Xəbər xətti