“Proqres” - “Qəbələ” matçının hakimləri açıqlandı

15:46 14 İyul 2018

“Qəbələ”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Proqres”lə (Lüksemburq) keçirəcəyi görüşün hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA “Qəbələ”nin “Proqres”lə Lüksemburqdakı oyununu Şimali İrlandiyadan olan hakimlərə tapşırıb. İyulun 19-da olacaq matçı Keyt Kennedi idarə edəcək. Stefen Donaldson və Kristian Fransis Hanna isə köməkçi hakimlər olacaq. Ehtiyat hakim funksiyasını Evan Boys yerinə yetirəcək.

 

Matçın hakim-inspektoru serbiyalı Milan Karaciç, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamov olacaq.

 

Qeyd edək ki, “Qəbələ” ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzub.


Digər xəbərlər

Xəbər xətti