"Uypeşt" - "Neftçi" matçını kim idarə edəcək?

16:34 14 İyul 2018

Avropa Liqasının I təsnifat mərhələsində iyulun 19-da keçiriləcək "Uypeşt" (Macarıstan) - "Neftçi" matçının hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, görüş yunanıstanlı Anastasios Papapetru idarə edəcək. 33 yaşlı referiyə Vasilius Kampuris və Trifon Petropulos kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Angelos Evangelos yerinə yetirəcək.

 

Qeyd edək ki, ilk oyunda "Neftçi" 3:1 hesabı ilə qalib gəlib.


Xəbər xətti