"Qəbələ" cavab oyununa Bakıda hazırlaşır

18:16 14 İyul 2018

UEFA Avropa Liqasında mübarizə aparan “Qəbələ” 1-ci təsnifat mərhələsinin cavab oyununa hazırlığını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə Qəbələ şəhər stadionunda keçirilən ilk qarşılaşmadan (0:2) sonra iyulun 19-dakı matça hazırlaşır. Komanda iyulun 13-də Qəbələdə məşq edib. Futbolçular bərpaedici hazırlıq keçib. Ardınca Bakıya yollanan “qırmızı-qaralar” bugünkü hazırlığını paytaxtda gerçəkləşdirib. Sənan Qurbanovun yetirmələri məşq prosesini günün ilk yarısında gerçəkləşdirib. Futbolçular öncə fiziki, ardınca toplu çalışmaları yerinə yetirib.

 

Xatırladaq ki, iyulun 19-da keçiriləcək “Proqres” – “Qəbələ” matçı Lüksemburqun Differdanj şəhərində baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti