"Qırmızı şeytanlar"dan tarixi nəticə

23:58 14 İyul 2018

Belçika yığması dünya çempionatları tarixində ən yaxşı nəticəsini göstərib.

 

Sportarena.az xəbər verir ki, yığma tarixində ilk dəfə olaraq mundial üçüncüsü olub. "Qırmızı şeytanlar" DÇ-2018-də İngiltərəyə 2:0 hesabı ilə qalib gələrək bürünc mükafatı qazanıb.

 

Qeyd edək ki, bundan əvvəl Belçikanın dünya çempionatındakı ən yaxşı nəticəsi 4-cü yer idi. Komanda DÇ-1986-da 3-cü yer uğrunda mübarizədə Fransaya 2:4 hesabı ilə uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti