44 illik seriya qırıldı

10:51 15 İyul 2018

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının bürünc medalları uğrunda oyunda Belçika millisi İngiltərəyə 2:0 hesabı ilə qalib gəldi.

 

Sportarena.az xəbər verir ki, bununla da mundiallar tarixində 44 illik seriya qırılıb. Belə ki, DÇ-1974-dən sonra ilk dəfə üçüncü yer uğrunda görüşdə 3-dən az qol vurulub. 44 il əvvəl Polşa Braziliyanı 1:0 hesabı ilə məğlub etməklə bürünc medallara yiyələnmişdi.

 

Qeyd edək ki, ümumilikdə mundiallar tarixində buna qədər yalnız 3 dəfə - 1962, 1970, 1974-cü illərdə - bürünc medal uğrunda matçda 3-dən az qol vurulub.


Xəbər xətti