“Neftçi” şokda - 1 aylıq sıradan çıxdı

11:33 15 İyul 2018

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə oyunun ilk hissəsində zədələnərək əvəzlənən “Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov bu gün növbəti dəfə müayinə olunub.

 

Sportarena.az xəbər verir ki, təkrar müayinədən sonra məlum olub ki, 23 yaşlı yarımmüdafiəçi təxminən 1 ay müalicə olunub, fərqdi məşqlər keçəndən sonra komanda ilə məşqlərə qoşulacaq.

 

Qeyd edək ki, dünənki tibbi baxışdan sonra Ələsgərovun sol dizində ön çarpaz bağın gərildiyi və hissəvi qopma olduğu müəyyənləşib.


Xəbər xətti