“Səbail”in Qətər klubu ilə qarşılaşacaq

14:17 15 İyul 2018

İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində mövsümlərarası fasilədə təlim-məşq toplanışında olan “Səbail” bu gün Ankara Kızılcahamam “Soğuksu Açık Spor Kompleksi”nin meydançasında Qətərin “Əl Şəhaniyə” komandası ilə yoxlama oyununa cıxacaq.

 

Spotarena.az xəbər verir ki, matçın vaxtında dəyişiklik edilib. Oyun yerli vaxtla saat 16:00-da yox, 15:30-da start götürəcək.

 

Xatırladaq ki, “Səbail” ilk sınaq matçında yerli “Gənclərbirliyi” klubuna 0:3 hesabıyla uduzub.


Xəbər xətti