"Real"dan hazard üçün fantastik təklif

14:33 15 İyul 2018

Kriştiano Ronaldonu “Yuventus”a satan “Real” onun boşluğunu ulduz futbolçu ilə doldurmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçunun transferindən 105 milyon avro əldə edən “kral klubu” “Çelsi”nin belçikalı futbolçusu Eden Hazardın transferini bitirməyə yaxındır.

 

“Real”ın “zadəganlar”la müqaviləsi 2020-ci ildə bitəcək Hazard üçün astronomik təklif irəli sürəcəyi bildirilir. Belə ki, Madrid klubunun “Çelsi”yə 170 milyon avro təklif edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Hazard "Çelsi"dən ayrılacağını açıqlayıb.


Xəbər xətti