Premyer Liqa klubundan rekord transfer

Sportarena.az      15 İyul 2018, 15:14

Son günlər transfer bazarının ən fəallarından olan İngiltərənin “Vest Hem” klubu heyətinə daha bir futbolçu qatıb.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Latsio” klubunun braziliyalı yarımmüdafiəçisi Felipe Andersonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.

 

“Vest Hem” 25 yaşlı futbolçuya görə “Latsio”ya 36 milyon funt-sterlinq ödəyib. Bu isə klub tarixinə yeni rekord kimi düşüb. İngiltərə klubu bunu rəsmi saytı vasitəsilə açıqlayıb. Bonuslarla birgə bu transferin dəyəri 41,5 milyona çıxa bilər.

 

“Santos”un yetirməsi olan Anderson “Latsio”ya 2013-cü ildə məhz bu klubdan transfer edilmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 177 oyunda 34 qola imza atıb.

 

Qeyd edək ki, bu, Manuel Pelleqrininin çalışdırdığı “Vest Hem”in bu yay həyata keçirdiyi 7-ci transferdi. Sözügedən klub daha öncə “Arsenal”la yollarını ayıran Cek Uilşir və “Fulhem”dan ayrılan Rayan Frederikslə azad agent kimi müqavilə imzalamışdı. Klub həmçinin “Suonsi Siti”nin qapıçısı Lukaş Fabianskini 7.2, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Andrey Yarmolenkonu 18, “Tulusza”nın müdafiəçisi İssa Diopu 22.5 milyon funt-sterlinqə transfer etmişdi. Braziliyanın “Korintians” klubundan alınan müdafiəçi Fabian Balbuenanın transfer qiyməti barədə isə heç bir məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin