“Səbail” Qətər klubu ilə heç-heçə etdi

Sportarena.az      15 İyul 2018, 22:59

İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv Qətərin “Əl Şəhaniyə” komandası ilə qarşılaşıb. Ankara Kızılcahamam “Soğuksu Açık Spor Kompleksi”nin meydançasında baş tutan matçda qalib müəyyənləşməyib. “Səbail” fasiləyə 2 top irəlidə yolansa da, ikinci hissədə qısa müddətdə ardıcıl qollar buraxaraq üstünlüyünü əldən verib.

 

Xatırladaq ki, “Səbail” ilk sınaq matçında yerli “Gənclərbirliyi” klubuna 0:3 hesabıyla uduzub.

 

Yoxlama oyunu
15 iyun

Səbail - Əl Şəhaniyə 2:2
Qol: Ruslan Qurbanov, 35, Ağabala Ramazanov, 43.

 

Səbail: Emil Balayev, Elton Yaqublu (k), Şəhriyar Rəhimov, İqor Korotetski, Tamazi Tsetsxladze, Vüqar Bəybalayev, Murtuz Abakarov, Rahid Əmirquliyev, Ağabala Ramazanaov, Fəhmin Muradbəyli, Ruslan Qurbanov.

 

Ehtiyat oyunçular: Elxan Əhmədov, Cəfər Əlizadə, Orxan Qurbanlı, Sərxan Əhmədli, Emil Həsənzadə, Aqşin Hüseynov, Xaliq İbrahimov, Ürfan İsmayılov, Elçin Rəhimli.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin