Fransa Argentina və Uruqvaya çatdı

Sportarena.az      16 İyul 2018, 11:43

 

Futbol üzrə Fransa millisi tarixində 2-ci dünya çempionu olub.

 

Sportarena.az xəbər verir ki, Didye Deşamın çalışdırdığı komanda buna Rusiyanın ev sahibliyi etdiyi DÇ-2018-in finalında Xorvatiya yığmasına 4:2 hesabıyla qalib gələrək nail olub.

 

Fransızlar ilk çempionluğunu düz 20 il öncə öz ölkəsində keçirilən dünya çempionatında qazanmışdılar. Onlar DÇ-1998-in həlledici matçında Braziliyaya 3:0 hesabıyla qalib gəlmişdilər. Deşam həmin yığmanın kapitanı kimi kuboku başı üzərində qaldırmışdısa, bu dəfə baş məşqçi kimi eyni sevinci yaşayıb.

 

İndiyədək 21 dəfə keçirilən dünya çempionatını ən çox qazanan Braziliya millisi olub - 5 dəfə (1958, 1962, 1970, 1994, 2002). Almaniya (1954, 1974, 1990, 2014) və İtaliya (1934, 1938, 1982, 2006) yığmalarının hesabında 4 çempionluq var. Fransa 2-ci çempionluğu ilə Uruqvay (1930, 1950) və Argentina (1978, 1986) millilərinə çatıb. İngiltərə (1966) ilə İspaniya (2010) yığmaları hərə 1 dəfə dünyanın ən güclüsü olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin