DÇ-2018 3-cü məhsuldar turniri oldu

12:16 16 İyul 2018

Rusiyada təşkil olunan futbol üzrə DÇ-2018 yekunlaşdı. Artıq statistik göstəricilərə diqqət yetirmək vaxtıdır.

 

Sportarena.az xəbər verir ki, DÇ-2018-də qapılara 169 qol vurulub ki, bu da mundial tarixində 3-cü ən yaxşı göstəricidir.  DÇ-1998 və DÇ-2014-də qapılara 171 qol vurulub.

 

Qeyd edək ki, 169 qoldan 73-ü standart vəziyyətlərdən - künc, penalti və cərimə zərbələrindən sonra vurulub. Standart vəziyyətlərdən vurulan qolların payı 43 faiz olub ki, bu da 1966-cı ildə keçirilən mundialdan sonra ən yaxşı göstəricidir.

 

DÇ-2018-in finalında Fransa Xorvatiyaya qalib gəlib - 4:2.


Digər xəbərlər

Xəbər xətti