2 fransalı öldü - Çempionluğu qeyd edərkən

12:48 16 İyul 2018

Fransada milli komandanın DÇ-2018-in finalında Xorvatiyaya qalib gəlməsini (4:2) bayram edən iki nəfər həyatını itirib.

 

Sportarena.az xəbər verir ki, Ansi şəhərində adı açıqlanmayan 50 yaşlı kişi sevincindən özünü kanala atıb və boğularaq ölüb.Həmçinin, Sen-Felidə daha bir nəfər avtomobillə qəza törədərək dünyasını dəyişib. O, sevincindən idarətməni itirib və maşını ağaca çırpıb. 


Ümummiyətlə, Fransanın çempionluğu ölkədə böyük coşğu ilə qeyd edilib. Hətta Paris və Lion şəhərlərində çempionluğu bayram edən azarkeşlər əsayişi pozublar. Polis onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, Fransa tarixində ikinci dəfə dünya çempionu adını qazanıb. 


Xəbər xətti