Sarri Hazardla bağlı qərar verdi

Sportarena.az      16 İyul 2018, 14:47

“Çelsi”nin yeni baş məşqçisi Mauritsio Sarri Eden Hazardla bağlı qərarını verib.

 

Sportarena.az xəbər verir ki, 59 yaşlı mütəxəssis, klub rəhbərliyindən belçikalı yarımmüdafiəçinin komandada qalmasını istəyib. Bunun üçün “Çelsi” rəhbərliyi Hazarda illik məvacibini artıraraq, yeni müqavilə təklif etmək niyyətindədir. Bu barədə İngiltərənin “Teleqraf” nəşri məlumat verib.

 

Bir müddət əvvəl Hazard “Çelsi”ni tərk etmək istədiyini açıqlamışdı. Futbolçunu “Barselona” və “Real” transfer etmək istəyir.

 

Hazardın “Çelsi” ilə hazırkı müqaviləsinin müddəti 2020-ci ildə başa çatacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin