"Sevilya"nın baş məşqçisi "Neftçi"nin qələbəsini şərh etdi

15:50 16 İyul 2018

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibi olan “Sevilya”nın baş məşqçisi Pablo Maçin açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, İspaniya klubunun baş məşqçisi hər iki komandanın növbəti mərhələyə adlamaq üçün şanslarının olduğunu bildirib:

 

“Potensial rəqiblərimizin oyununu izləmişəm. Hava çox isti olduğu üçün qarşılaşmanın tempi yüksək deyildi. Rəqibimizin kimliyini bilmək üçün cavab matçını gözləmək lazımdır. Qarşılaşmanın nəticəsi bizim üçün çox vacibdir. Çünki kimlə oynayacağımızı bilsək, hazırlıq planımızı ona uyğun quracağıq. 3:1 hesablı qələbə “Neftçi”nin turu keçməsi demək deyil. Hər iki komandanın çox yaxşı oyunçuları var. Mərhələ adlamaq üçün mümkün olan hər şeyi etməliyik. Bizim üçün əsas məsələ budur”.

 

“Uypeşt”lə “Neftçi” arasındakı cavab oyunu iyulun 19-da keçiriləcək. Avroliqanın 1-ci təsnifat mərhələsinin ilk oyununda Macarıstan klubunu 3:1 hesabı ilə məğlub edən təmsilçimiz cavab görüşündən sonra mərhələ adlasa, növbəti mərhələdə “Sevilya” ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti