"Qarabağ"ın rəqibi Bakıya itkilərlə gəlir

16:31 16 İyul 2018

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq "Olimpiya" sabah Bakıya gələcək. Sloveniya təmsilçisi səhər saatlarında yola düşəcək.

 

Sportarena.az xəbər verir ki, Lyublyana klubu "Qarabağ"la oyun üçün itkilərlə gələcək. Uzun müddətdi zədədən əziyyət çəkən müdafiəçi Alyaz Krefl və yarımmüdafiəçi Nathan Oduva komandaya kömək edə bilməyəcək. Bundan başqa, ilk görüşdə qırmızı vərəqə alan hücumçu Abbas İssa səfər oyununa gəlməyəcək.

 

İyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. "Qarabağ” ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti