Fransanın tarixinə düşən çempion - Bir oyun belə oynamayıb

Sportarena.az      16 İyul 2018, 17:57

Futbol üzrə Fransa yığmasının üzvü Alfons Areola bu komandanın tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, o, milli komandada debüt etmədən dünya çempionu adını qazanan ilk fransalı futbolçu olub.

 

PSJ-nin şərəfini qoruyan qolkiper DÇ-2018-də Fransa yığmasının heyətində meydana çıxmayan iki futbolçudan biri oldu. Onunla yanaşı, Marsel “Olimpik”inin müdafiəçisi Adil Rami də Rusiyadakı mundialda forma şansı qazanmadı. Lakin Areoladan fərqli, Rami Fransa yığmasında 30-dan çox oyun keçirib. Hətta 32 yaşlı futbolçu DÇ-2018 bitən kimi milli karyerasını başa vurduğunu açıqlayıb. 25 yaşlı Areola isə hələ də ölkəsinin millisində rəsmi oyuna çıxmayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin