Yuri Maksimov istefa verdi

18:21 16 İyul 2018

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Keşlə" komandasının baş məşqçisi Yuri Maksimov postundan istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib. Ukraynalı mütəxəssis öz istəyi ilə postunu tərk edib.

 

Qeyd edək ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə uduzub. Bu komandalar arasında cavab matçı iyulun 19-da Bakıda keçiriləcək. Bu ilin yanvarından "Keşlə"yə rəhbərlik edən Maksimov komandaya Azərbaycan Kubokunu qazandırıb. Bir müddət əvvəl onun müqaviləsi bir illik uzadılmışdı.


Digər xəbərlər

Xəbər xətti