“Qarabağ” - “Olimpiya” matçına nə qədər bilet satılıb?

22:02 16 İyul 2018

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiya” (Sloveniya) oyununa bilet satışı davam edir.

 

Sportarena.az xəbər verir ki, iyulun 18-də keçiriləcək qarşılaşmaya artıq 8 min bilet satılıb. Bu barədə klubun sosial şəbəkədəki hesabından məlumat verilib.

 

“Qarabağ” - “Olimpiya” qarşılaşması iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. Ağdam klubu səfərdə keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb.


Xəbər xətti