"Keşlə"dən Maksimov AÇIQLAMASI

23:37 16 İyul 2018

“Keşlə” klubu baş məşqçi Yuri Maksimovun istefası ilə bağlı rəsmi məlumat yayıb.

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə yayımlanan açıqlamada bunlar qeyd olunub:

 

“Keşlə” FK-nın rəhbərliyi əsas komandanın baş məşqçisi Yuri Maksimovla görüş keçirib və görüşdə tərəflər yolların ayrılması barədə ortaq razılığa gəliblər. “Keşlə” FK-nın rəhbərliyi ukraynalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayır”.


Xəbər xətti