"Qəbələ" Sənan Qurbanovun yerinə məşqçi axtarışına çıxıb?

Sportarena.az      17 İyul 2018, 02:31

İyulun 19-da keçiriləcək “Proqres” – “Qəbələ” matçı Lüksemburqun Differdanj şəhərində baş tutacaq.

 

Sportarena.az xəbər verir ki, bu, Qurbanovun baş məşqçi postunda son oyunu da ola bilər. Hər halda gənc mütəxəssisin gələcək taleyi ilə bağlı qaranlıq məqamlar çoxdu. Mayın 28-də keçirilən ölkə kubokunun final oyunundan sonra müqaviləsi uzadılmayan Roman Qriqorçuku əvəzləyən Qurbanov özünü doğrultmağa çətinlik çəkir.

 

Düzdü, onunla 2 illik müqavilə imzlanıb və yönətim ilk gündən dəstəyini əsirgəmir, lakin istər Sloveniya toplanışı çərçivəsində baş tutan yoxlama görüşləri, istərsə də «Proqres»lə ilk matçda sərgilənən bərbad oyun və uğursuz nəticə öz işini görməkdədi.

 

Komanda Avroliqada mərhələ adlamasa, Qurbanov istefa ərizəsini yazmalıdı. Bəzi məlumatlara görə, klub rəhbərliyi artıq ehtiyatını görməyə başlayıb. Bir neçə əcnəbi namizəd gözdən keçirilir. (sportinfo.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin