"Keşlə"ni "Baltsan"la cavab oyununa kim çıxaracaq?

10:47 17 İyul 2018

Dünən Avropa Liqasının 1-ci təsnifat mərhələsində mübarizə aparan "Keşlə"nin baş məşqçisi Yuri Maksimovun istefa verdiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssisin postunu tərk etməsindən sonra komanda müvəqqəti olaraq məşqçi Zaur İsmayılova tapşırılıb. Maltanın "Baltsan" klubu ilə cavab oyununa komandanın məhz İsmayılov çıxaracaq. Bu barədə klub məlumat yayıb.

 

Qeyd edək ki, "Baltsan" "Keşlə" arasında Maltada keçirilən ilk oyunda təmsilçimiz 1:4 hesabı ilə məğlub olmuşdu. 


Xəbər xətti