Qolovinin yeni klubu məlum oldu

11:20 17 İyul 2018

Rusiya MOİK-inin və yığmasının futbolçusu Aleksandr Qolovinin harda çıxış edəcəyi müəyyənləşib.
 
Sportarena.az xəbər verir ki, Qolovin Fransa birinci liqasında çıxış edən "Monako" ilə anlaşıb. Rus mətbuatına açıqlama verən "Monako"nun prezidenti Vadim Vasilyev Qolovinlə 5 illik müqavilə bağlayacaqlarını transferin ən qısa zamanda yekunlaşacağını bildirib. 
 
Adı "Arsenal" və "Yuventus"la halalan futbolçu üçün Vasilyev bu yaşında "Monako"nu seçməsi onun inkişafı üçün faydalı olacağını söyləyib.
 
Ötən mövsüm MOİK-in heyətində 43 matça çıxan 22 yaşlı futbolçu 7 qola 6 məhsuldar ötürməyə imza atıb. Futbolçu ölkəsində təşkil olunan dünya çempionatında 4 matçda 1 qola və iki məhsuldsar ötürməyə müəlliflik etməsi ilə yanaşı göstərdiyi futbolla da diqqətləri üzərinə çəkmişdi.
 


Digər xəbərlər

Xəbər xətti