Zaur İsmayılovun mətbuat konfransının vaxtı açıqlandı

12:33 17 İyul 2018

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Baltsan”ı (Malta) qəbul edəcək “Keşlə”nin mətbuat konfransının və son məşqinin vaxtı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, mətbuat konfransı və məşq oyunun keçiriləcəyi “Dalğa Arena”da baş tutacaq. Sabah 19:30-da baş məşqçinin səlahiyyətlərini icra edən Zaur İsmayılov jurnalistlərin qarşısına çıxacaq. Yarım saat sonra isə komandanın ilk 15 dəqiqəsi açıq olan məşqi başlayacaq.

 

Qeyd edək ki, “Keşlə” - “Baltsan” oyunu iyulun 19-da keçiriləcək. Bu komandalar arasında Maltada baş tutan ilk qarşılaşmada “Baltsan” 4:1 hesablı qələbə qazanıb.


Xəbər xətti