Yuri Maksimov Bakıya qayıtmaq istəməyib? - ÖZƏL

13:35 17 İyul 2018

Yuri Maksimovun "Keşlə"nin baş məşqçi postundan ayrıldığı barədə məlumat vermişdik.

 

Sportarena.az ukraynalı mütəxəsis barədə maraqlı məlumat əldə edib. Belə ki, Maksimov əslində dünən yox, "Baltsan"la Maltada iyulun 13-də keçirilən ilk oyundan sonra ayrımaq fikrində imiş. 1:4 hesablı məğlubiyyətdən sonra klubun Müşahidə Şurasının sədri Zaur Axundov onunla dərhal görüşərək yenilgiyə görə hesabat tələb edib. Bu məqam ukraynalı mütəxəssisin xoşuna gəlməyib və ayrılmaq istədiyini bildirib. O, hətta Bakıya qayıtmaq fikrində belə olmayıb. Maksimov Maltadan bir başa olaraq vətəninə yollanmaq istəyib. Ancaq sonradan fikrini dəyişən çalışdırıcı komanda ilə birlikdə Bakıya qayıdıb.

 

Dünən isə Zaur Axundovla növbəti dəfə görüşüb. Bir neçə saat davam edən görüş zamanı məğlubiyyətə əsaslı səbəb gətirə bilməyən Maksimov istefa verdiyini söyləyib. Axundov isə onun istefasını tərəddüd etmədən qəbul edib.

 

Qeyd edək ki, "Keşlə" "Baltsan"la iyulun 19-da keçiriləcək cavab görüşünə Yuri Maksimovun köməkçisi Zaur İsmayılov çıxaracaq.


Digər xəbərlər

Xəbər xətti