"Qarabağ"ın futbolçusu baş məşqçisiz qaldı

15:57 17 İyul 2018

Futbol üzrə İslandiya millisinin baş məşqçisi Heymir Hadlqrimsson istefa verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Hadlqrimssonun başçılıq etdiyi İslandiya millisi DÇ-2018-də qrupu 4-cü pillədə tamamlayaraq, mundialı erkən tərk etmişdi.

 

Qeyd edək ki, 51 yaşlı mütəxəssis 2014-cü ildən İslandiya millisinin “sükanı arxasında” çalışırdı.

 

Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı Hannes Halldorsson da İslandiya yığmasının üzvüdü.


Digər xəbərlər

Xəbər xətti