İvan Rakitiçdən rekord göstərici

17:14 17 İyul 2018

Xorvatiya millisi və Barcelona-nın yarımmüdafiəçisi İvan Rakitiç geridə qalan mövsüm üçün maraqlı bir rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu 2017/18 mövsümündə ən çox oyun keçirməklə bütün həmkarlarını qabaqlamağa nail olub. "Barselona"nın heyətində uğurlu mövsüm keçirən Rakitiç İspaniya La Liqasında çempion adını qazandı. Ardından Xorvatiya yığması ilə Rusiyada təşkil olunan dünya çempionatına qatılan futbolçu, komandası ilə finala qədər irəlilədi. O, Fransaya 2:4 hesabıyla uduzduqları həlledici matç da daxil olmaqla geridə qalan mövsümdə bütövlükdə 71 oyuna çıxıb.

 

Ulduz futbol DÇ-2018-də 7 matça çıxıb. O, mundialdan öncə yığma komandanın heyətində 4 yoxlama matçının da iştirakçısı olub. Rakitiç "Barsa" formasıyla 55 rəsmi matça çıxıb (35 La Liqa, 10 Çempionlar Liqası, 8 İspaniya Kuboku, 2 İspaniya superkuboku). Xorvatiyalı futbolçu katalonlarla 5 yoxlama görüşünün də iştirakçısı olub.

 

Rakitiçin bu baxımdan ən yaxın izləyicisi "Çelsi"nin və Braziliya yığmasının üzvü Villian olub - 70 oyun. Son Hunq-Min ("Tottenhem" və Cənubi Koreya), Kevin De Bruyne ("Mançester Siti" və Belçika) və Reşford isə 68 oyunla ilk üçlüyü qapayırlar.


Digər xəbərlər

Xəbər xətti