"Keşlə"nin mətbuat konfransının vaxtı dəyişdirildi

18:00 17 İyul 2018

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Baltsan”ı (Malta) qəbul edəcək “Keşlə”nin mətbuat konfransının və son məşqinin vaxtı dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, mətbuat konfransı və məşq oyunun keçiriləcəyi 1 saat tez başlayacaq. “Dalğa Arena”da baş tutacaq mətbuat konfransı sabah 18:30-da keçiriləcək. Bundan yarım saat sonra isə komandanın ilk 15 dəqiqəsi açıq olan məşqi başlayacaq.

 

Qeyd edək ki, “Keşlə” - “Baltsan” oyunu iyulun 19-da keçiriləcək. Bu komandalar arasında Maltada baş tutan ilk qarşılaşmada “Baltsan” 4:1 hesablı qələbə qazanıb.

 

Əlavə edək ki, Yuri Maksimovun istefasından sonra jurnalistlərin qarşısına baş məşqçinin səlahiyyətlərini icra edən Zaur İsmayılov çıxacaq


Digər xəbərlər

Xəbər xətti