Dabo: "Budapeştdə bizə ikiqat ağır olacaq"

Sportarena.az      18 İyul 2018, 15:14

“Neftçi”nin hücumçusu Baqali Dabo Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Uypeşt” üzərində ilk oyundakı qələbənin (3:1) memarlarından biri oldu. Onun ilk qolu hesabı bərabərləşdirdi, ikinci qolu isə “ağ-qaralar”ı önə çıxardı.

 

Sportarena.az xəbər verir ki, "Neftçi”yə bu yay “Qəbələ”dən keçən Dabo, cavab oyunu ilə bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb:

 

"Təbii ki, qələbəyə görə şadıq. Hesabda geridə olsaq da, matçı çevirə bildik. Bilirəm ki, Budapeştdə bizə ikiqat ağır olacaq, amma buna hazırıq”.

 

Fransalı forvard həm də cavab oyununa hazırlığı dəyərləndirib:

 

"Var gücümüzlə işləyirik. Budapeştə ancaq və ancaq qələbə üçün yollanırıq”.

 

"Uypeşt”ə qarşı "Neftçi”nin heyətində ilk rəsmi oyununa çıxan Dabo, komandada xoşbəxt olduğunu bildirib:

 

"Özümü çox yaxşı hıss edirəm. Həm meydanda, həm meydanın kənarında uşaqlarla çox mehribanıq. İnanıram ki, gələcəkdə "Neftçi” üçün bundan daha da faydalı olacam”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin