“Sumqayıt”ın Boludakı 2 rəqibi məlum oldu

16:53 18 İyul 2018

Yeni mövsümün hazırlıqlarını Boluda davam etdirən "Sumqayıt" qonşu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, artıq rəqiblərdən ikisinin adına aydınlıq gəlib. Belə ki, Nazim Süleymanovun yetirmələri 19 iyul tarixində Qətər Super Liqasının debütantı "Əl-Şəhaniyə", 22 iyulda isə Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"la qarşılaşacaq.

 

İlk qarşılaşma Kızılcahamamda yerli vaxtla saat 17:00-da, ikinci görüş isə Topuk yaylasında saat 16:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti