"Yuventus" "Atletiko" futbolçusunu transfer edir

18:39 18 İyul 2018

Kriştino Ronaldo ilə hücum xəttini gücləndirən “Yuventus” müdafiə xəttini də möhkəmləndirmək istəyir.

 

Sportarena.az xəbər verir ki, Turin klubu “Atletiko”nun futbolçusu Dieqo Qodini transfer etməyə hazırlaşır. Artıq tərəflər arasında razılı əldə olunduğu bildirilir. Razılığa əsasən Uruqvay millisinin kapitanı “Yuventus”da ilinə 4 milyon avro qazanacaq. İspaniya mətbuatı isə Madrid klubunun Qodinə 20 milyon avro qiymət qoyduğunu yazıb. \

 

Qeyd edək ki, Qodin 2010-cu ildən “Atletiko”da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti