"Keşlə"nin məşqçisi: "15-ci dəqiqəyə kimi qol olsa, matçda dönüş etmək olar"

02:41 19 İyul 2018

“Birinci matçda 1:4 hesabı ilə uduzduğumuz üçün doğma meydanda qələbə qazanmağa çalışacağıq. Səfərdə üstünlük bizdə olsa da, səhvlərdən qapımızda qollar gördük. Ümid edirik ki, sevinən tərəf biz olacağıq”.

 

Sportarena.az xəbər verir ki, bunu "Keşlə”nin məşqçisi Zaur İsmayılov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Malta “Baltsan”ına qarşı keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib. Yuri Maksimovun istefasından sonra baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən İsmayılov daha sonra bunları söyləyib:

 

“Məğlubiyyətdən iki gün sonra isə baş məşqçi istefa verdi. 1:4 hesablı məğlubiyyət bizə daha çox təsir etdi. Rəqib zəif deyil. Bunu hamı gördü. Gərək oyuna istəkli yanaşaq. Onların üstün tərəfləri əks-hücumları idi. Bizim də səhvlərimiz oldu. Gözləmədiyimiz səhvlərdən qollar buraxdıq. Rəqib maksimum şanslardan yararlandı. Biz də əlimizə düşən şanslardan istifadə etməyə çalışacağıq. Bu oyunda rəqibin zəif cəhətlərindən maksimum istifadə etmək istəyirik. Onlar, yəqin ki, müdafiə olunacaq. Biz hücum futbolu oynayacağıq. Hər şey ola bilər. Hücumda oynamağa məcburuq. İlk dəqiqələrdən hücuma üstünlük verəcəyik. Rəqib öz meydanında da əks-hücumlara bel bağlamışdı. Biz bu mərhələni keçə bilərik. Qol buraxmağa haqqımız yoxdu. Maksimum müdafiədə sayıq olmalıyıq. 15-ci dəqiqəyə kimi qol olsa, matçda dönüş etmək olar”.


Digər xəbərlər

Xəbər xətti