"Sabah" Türkiyə klubu ilə heç-heçə etdi

Sportarena.az      19 İyul 2018, 11:35

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportarnea.az xəbər verir ki, rəqib qardaş ölkənin birinci liqa təmsilçisi “Girəsunspor” olub. “Vonresort Abant” otelinin meydaçasında keçirilən qarşılaşmada hesabı Bakı təmsilçisi açıb. Vitali Kvaşuk görüşün 55-ci dəqiqəsində cərimə zərbəsindən gözəl qola imza atıb. Rəqib matçın son dəqiqələrdə hesabı bərabərləşdirib. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib.

 

“Sabah” görüşə bu heyətlə çıxıb: 30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev (k), 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.

 

Oyuna sonradan daxil olanlar: Ülvi İbazadə, Elvin Həsənəliyev, Cavid İmamverdiyev, Elvin Bədəlov.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin