"Keşlə" qalib gəlsə də, dayandı - YENİLƏNİB

22:58 19 İyul 2018

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz “Keşlə” də cavab matçına çıxıb. Maltada keçirilən ilk oyunda “Baltsan”a böyük hesabla uduzan (1:4) paytaxt klubu öz meydanında bu məğlubiyyətin əvəzini çıxmağa çalışıb. İyulun 16-da “Keşlə”nin ukraynalı baş məşqçisi Yuri Maksimov istefa verdiyindən, komandanı oyuna məşqçi Zaur İsmayılov çıxarıb. Baş məşqçi dəyişikliyinə rəğmən, bütün oyun boyu üstün tərəf olan təmsilçimiz qalib gəlsə də, lazımı nəticəni əldə edə bilməyib

 

Avropa Liqası: 1-ci təsnifat mərhələsi, cavab oyunu

19 iyul

21:00 Keşlə (Azərbaycan) - Baltsan (Malta) 2:1 (İlk oyun 1:4)

Qol: Sezar Meza Kolli, 11-p. Slavik Alxasov, 90+1 - Andrey Maydevaç, 90+6.

Hakimlər: Mixail Vilkov, Aleksey Vorontsov, Vladimir Mineviç, Aleksey Suxoy (hamısı Rusiya)

Hakim-inspektor: Stefen Lodj (İngiltərə)
UEFA nümayəndəsi: Krouford Uilson (Şimali İrlandiya)

Bakı. "Dalğa Arena”


Digər xəbərlər

Xəbər xətti