"Neftçi" Macarıstanda rüsvay oldu - YENİLƏNİB

00:49 20 İyul 2018

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz “Neftçi” də cavab matçına çıxıb. “Ağ-qaralar” Macarıstanda “Uypeşt”in qonağı olu. Bakıda keçirilən ilk görüşdə 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi səfərdə 0:4 hesabı ilə məğlub olmaqla Avropa Liqası ilə vidalaşıb.

 

Avropa Liqası: 1-ci təsnifat mərhələsi, cavab oyunları

19 iyul

23:00 Uypeşt (Macarıstan) - Neftçi (Azərbaycan) 4:0 (İlk oyun 1:3)

Qol: Robert Litauski, 19. Boyan Sankoviç, 21. Donat Joter, 50. Obinna Nvobodo, 66

Hakimlər: İoannis Papadopulos, Trifon Petropulos, Vasilios Kamburis, Angelos Evangelou (hamısı Yunanıstan)

Hakim-inspektor: Bernardino Qonzalez Vazkes (İspaniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Budapeşt. Şuşa Ferens stadionu


Digər xəbərlər

Xəbər xətti